“Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib”

“Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib”
 

 

Georgi Cancqava: “Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək görüşünə qatılmayacaq”

Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək növbəti görüşündə də iştirak etməyəcək.

Paralel.az xəbər verir ki, bunu ölkənin Ankaradakı səfiri Georgi Cancqava bildirib.

Diplomat qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycanı strateji tərəfdaşları, Ermənistanı isə tarixi qonşusu kimi nəzərdən keçirir. Lakin platforma iştirakçılarından olan Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib.

Xatırladaq ki, “altılıq platforması”nın ilk iclası məhz Moskvada dekabrın 10-da keçirilib.

Paralel.az

0.020670890808105