Bu dəyişiklik beyin şişinin əlaməti ola bilər?
Paralel.az xəbər verir ki, həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində bildirib ki, dad qönçələrində dəyişiklik beyin şişinin əlaməti ola bilər.
"Ağızda qeyri-adi acı, turş və ya metal dadı hiss ediləndə diqqətli olmaq lazımdır. Bir çox insan bunu unudur. Lakin bəzən bunun arxasında nadir hallarda beyin şişi ola bilər. Bunun səbəbi, ehtimal ki, sinirin sıxılmasıdır. Üç sinir dad qönçələrindən məlumatı çıxarır və əgər nəsə dəyişərsə, ola bilər ki, bir sinir hardasa sıxılıb. Bu da ola bilər”.
Myasnikov əlavə edib ki, ağızda qeyri-adi dadın yaranması həm də dərmanların, məsələn, bəzi antibiotiklərin və təzyiq dərmanlarının qəbulu nəticəsində yarana bilər.