Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

 

 

Hər kəsə bəllidir ki, ruslar və farslar son 200 il ərzində xalqımızı iki yerə bölüb, planlı şəkildə hər iki tərəfdə ziyalılarımızı sistemli olaraq məhv ediblər və qətliamı indi də davam etdirirlər! SSRİ dağılandan sonra Azərbaycan Rusiyanın çoxillik işğalından azad olub, müstəqillik qazandığı son 30 ildə bu qətliam azalmamış, əksinə, Rusiyanın ölkəmizdə iş başına gətirdiyi çoxsaylı casuslar, düşmənlər və Ermənistan vasitəsilə davam edir! Amma düşmənlərin xalqımızı amansız məhvetmə proqramını fasiləsiz davam etdirməsinə baxmayaraq, zaman-zaman fürsət düşən kimi xalqımız azadlıq mübarizəsini davam etdirib və indi də etdirir. Lakin Rusiyanın köməyilə dövlətimizdə yüksək vəzifə tutub, Polad Həşimov kimi çoxsaylı vətənpərvər generallarımızı və milli düşüncəli ziyalılarımızı məhv etməklə məşğul olmuş nəciməddinsadıqovlar, ramizmehdiyevlər və onların kirəli nökərləri ölkəmizdə hələ çox güclüdürlər. Həmin zatların ölkə Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasətin uğursuzluğa düçar olması üçün hər cür fitnə-fəsada əl atdıqları, xalqı dövlətdən narazı salmaq istiqamətində var gücləri ilə çalışdıqları aydın görünür. Üzdə özlərini vətənpərvər, dövlət üçün can yandıran və ölkə Prezidentinə sadiq şəxs kimi göstərən xəyanətkarlar əməldə Moskvanın tapşırıqlarını icra edirlər! Ölkədə baş verən bütün mənfi proseslər - hərbi və iqtisadi təxribatlar, bütün istiqamətlərdə hər gün sürətlənən bahalaşma, şəhid ailələrinə və qazilərə qarşı törədilən cinayətlər, haqsızlıq, gündən-günə ölkənin idarəetməsində tüğyan edən rüşvətxorluq, korrupsiya, xalqa qarşı məmurların etdiyi kobudluq, hörmətsizlik, özbaşınalıq və digər mənfi halların hamısı hakimiyyətə soxulmuş Rusiya nökərlərinin təşkil etdiyi sistem şəbəkə üzvlərinin fəaliyyətinin məhsulu olmasına şübhə yoxdur! Hazırda bu düşmənlərə, cəsuslara qarşı mübarizə aparan ölkə Prezidentinə Xalqın verdiyi dəstəyin daha da güclənməsinə çox ciddi ehtiyac duyulur!..

Paralel.az

0.014951944351196