Bolnisidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi

Bolnisidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi
 

Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Bu barədə Paralel.az saytına sözügedən mərkəzin təsisçisi və direktoru Rizvan Həsənov məlumat verib. Tədbiri giriş sözü ilə həmtəsisçisi Şahin Gülməmmədov açaraq, bayram münasibətilə kollektivi və kursda təhsil alan gəncləri bayram münasibəti ilə təbrik edib. Daha sonra tanınmış vəkil Zamir Topçiyev, Gürcü dili müəlliməsi Çinarə Nəbiyeva öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, iki aya yaxındır Bolnisi rayonunda "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" təmənnasız olaraq hüquqi xidmət və gürcü, ingilis dili kurslarına start verib.
A. Nəsirli

0.031942129135132