Putin Suriyaya terrorla mübarizədə dəstək verəcəyini vəd edib

Putin Suriyaya terrorla mübarizədə dəstək verəcəyini vəd edib
 

Paralel.az xəbər verir ki, Rusiya prezidenti V. Putin Suriyaya terrorla mübarizədə dəstək verəcəyini vəd edib.
Sputnik radiosunun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədə təbrik məktubunda ərəb ölkəsinə terrorla mübarizədə dəstəyini davam etdirəcəyinə söz verib.

Bundan əvvəl Putin bir sıra xarici ölkələrin dövlət və hökumət başçılarını Milad bayramı və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədə ünvanlanan təbrik məktubunda Rusiya lideri ümid etdiyini bildirib ki, qarşıdan gələn il Suriya torpaqlarında sülh və sabitliyin möhkəmlənməsi ilə əlamətdar olacaq.

Vladimir Putin təsdiqləyib ki, Rusiya dost Suriyaya beynəlxalq terrorizmlə mübarizədə, eləcə də hərtərəfli siyasi nizamlanmanın və münaqişədən sonrakı bərpanın təmin edilməsində hərtərəfli dəstəyi davam etdirəcək.
Akif Nəsirli

0.024378061294556