Marneulidə evlər 1 lariyə sənədləşdirildi
Marneulidə vətəndaşların faktiki mülkiyyətində olan 25 yaşayış evi qanuniləşdirildi.
Paralel.az xəbər verir ki, yaşayış evlərinin mülkiyyət sənədləri bu gün Marneuli meriyasında sahiblərinə verilib. Sənədləri Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze mülkiyyət sahiblərinə təqdim ediblər.
Qeyd edək ki, 25 şəxsin faktiki mülkiyyətində olan yaşayış evlərinin simvolik olaraq 1 lariyə qanuniləşdirilməsinə dair qərar Gürcüstan Hökuməti tərəfindən 27 dekabr tarixində verilmişdi.
Akif Nəsirli