Nazirliyin sözçüsü ünsiyyətin qurulmasından danışdı

Nazirliyin sözçüsü ünsiyyətin qurulmasından danışdı
 

Paralel.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə qeyd edib ki, Azərbaycan və Ermənistanın ictimai xadimlərinin görüşü öz məqsədinə, yəni iki qonşu ölkənin elmi və yaradıcı elitasının nümayəndələri arasında mehriban ünsiyyətin qurulmasına nail oldu. Onun sözlərinə görə, Moskva bu cür təmasların mütəmadi olaraq keçiriləcəyinə ümid edir. Qeyd edək ki, Azərbaycan və Ermənistan ziyalılarının Moskvada görüşünün keçirilməsi dekabrın 24-ü məlum olub.

Paralel.az

 

0.015164852142334