Zaxarova Moskvada elitaların görüşündən bəhs edib
Paralel.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada Azərbaycan və Ermənistan elitalarının ilk görüşündən danışıb: “İnanırıq ki, iki ölkənin ictimai fəallarının görüşü öz məqsədinə, iki qonşu ölkənin elmi, yaradıcı elitasının nümayəndələri arasında dostluq əlaqələrinin yaradılmasına nail olub.
İştirakçılar Azərbaycan və erməni xalqı arasında etimadsızlığın azalmasında ziyalıların rolunu gördüklərini bildiriblər. Konstruktiv dialoqa meyllilik digər məsələlərlə yanaşı, həssas humanitar mövzuların müzakirəsi zamanı da nümayiş etdirilib: Azərbaycanın erməni hərbi əsirlərin qaytarılması, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi…
Hesab edirik ki, birləşdirici gündəm son dərəcə aktualdır, çünki o, digər istiqamətlərdə irəliləmək üçün atmosfer yaradan əsaslı razılaşmaların əldə olunmasına töhfə verir.
Gələcəkdə belə təmasların müntəzəm olaraq, Azərbaycanda və Ermənistanda aparılması planlaşdırılır”.
Nigar