İran kosmosa tədqiqat avadanlığı olan raket buraxdığını elan edib

İran kosmosa tədqiqat avadanlığı olan raket buraxdığını elan edib
 

Paralel.az xəbər verir ki, İran hakimiyyəti cümə axşamı kosmosa tədqiqat avadanlığı olan raketin buraxıldığını elan edib. Bu barəfə Associated Press (AP) xəbər verir.

İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni izah edib ki, söhbət “Simurq” yüngül sinifli daşıyıcı raketdən gedir, onun vəzifəsi kosmosa üç tədqiqat aparatı çatdırmaqdır.

Eyni zamanda, AP qeyd edir ki, hazırda bu vasitələrin orbitə çıxarılmasının mümkün olub-olmadığı aydın deyil.

Bir qayda olaraq, İranın kosmosa raket buraxılışları ABŞ tərəfindən pislənir, o hesab edir ki, İran kosmos araşdırmaları adı altında ballistik raketlər üçün lazım olan texnologiyaları sınaqdan keçirir.

Tehran isə onlar da raket texnologiyalarına yiyələnməyə tam hüquqlu olduqlarını və bu mövzuda ABŞ-la güzəştə getməyəcəklərini iddia edirlər.

Raketin kosmosa buraxılması İranın nüvə problemi ilə bağlı Vyanada keçirilən danışıqlar fonunda baş tutub.
Akif Nəsirli

0.029567003250122