Konstitusiya Məhkəməsinin sabiq rəhbəri  “Azərbaycan arzusu”ndan bəhs edib

Konstitusiya Məhkəməsinin sabiq rəhbəri  “Azərbaycan arzusu”ndan bəhs edib
 

Paralel.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri Edqar Kazaryan bu gün Ermənistanda baş verənlərin Azərbaycanın arzusu olduğunu deyib: “Ermənistan Qarabağda tam məğlub olsa, nə baş verdiyini təsəvvür edək. Türkiyə və Azərbaycan Ermənistanın suveren ərazisini işğal edəcək və heç bir müqavimət olmadıqda İrəvanı işğal edəcəkdilər.
Paşinyana əslində indi dəbdəbəli həyat sürmək, özünü heç nə ilə məhdudlaşdırmamaq, həm də öz komandasını formalaşdırmaq imkanı verilib. Qalan hər şey ona Bakıdan diktə olunacaq.
Paşinyan faktiki olaraq Ermənistanın müvəqqəti  idarəedicisidir.
Məncə,  “Mülki müqavilə”nin adını çoxdan dəyişdirib “Azərbaycan arzusu” adlandırmaq lazım idi”.
Nigar

0.010878086090088