Ermənistan yoxsulluq içində batır

Ermənistan yoxsulluq içində batır
 

Paralel.az xəbər verir ki, QHT sədri Karen Çilinqaryan elektrik enerjisi tarifinin artırılmasının Ermənistan vətəndaşlarının ağır olan vəziyyətini daha da pisləşdirəcəyini deyib: “Yalnız elektrik enerjisi bahalaşsaydı, bununla birtəhər barışmaq olardı. Lakin bahalaşmanın geniş vüsət alması fonunda,  bu, istehlakçıların cibinə əlavə zərbədir.
Əsasən əlverişsiz təbəqə əziyyət çəkəcək, onların həyat keyfiyyəti qaçılmaz olaraq aşağı düşəcək. Qiymət artımı eyni sürətlə davam edərsə, əhalinin yoxsulluq səviyyəsi yüksələcək.
Bu gün bütün dünyada bahalaşma var, amma bahalaşmaya paralel olaraq maaşlar, pensiyalar, müavinətlər də artır. Ermənistanda isə belə deyil.
Elektrik enerjisinin bahalaşması zəncirvari reaksiya kimi zəruri məhsulların, o cümlədən qazın bahalaşmasına səbəb olacaq”.
Nigar

0.025802135467529