Ağ Ev Bayden və Putinin görüşünü şərh edib
Paralel.az xəbər verir ki, ABŞ və Rusiya arasında yanvarın 10-da Cenevrədə keçirilməsi planlaşdırılan ikitərəfli danışıqlara prezident Co Baydenlə Vladimir Putinin təkbətək görüşü daxil deyil. Bu barədə Ağ Evdə məlumat verilib.
ABŞ administrasiyasının bəyanatında deyilir: “Prezidentlər Bayden və Putin Cenevrə danışıqlarında iştirak etməyəcəklər”.
Ağ Ev bildirib ki, Strateji Sabitlik Dialoqu çərçivəsində ABŞ-Rusiya ikitərəfli danışıqları yanvarın 10-na planlaşdırılıb.
Amerika nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin, Pentaqonun və digər departamentlərin nümayəndələri daxildir.
Akif Nəsirli