Müəllim etirazına qarşı "kamera mübarizəsi"

Müəllim etirazına qarşı
 

Paralel.az xəbər verir ki, İranda təhsil idarəsi müəllim etirazlarından qorxaraq qeyri-adi addıma əl atıb.

Bildiyiniz kimi, artıq neçə vaxtdır ki, İranın müxtəlif şəhərlərində müəllim etirazları davam edir.

Fars vilayətinin Şiraz şəhərində yerləşən Baş Təhsil İdarəsinin qarşısında təşkil edilən sonuncu müəllim etirazlarından sonra binanın önünə müşahidə kamerası yerləşdirilib.

Bu barədə Şiraz şəhərində yaşayan müəllimlər məlumat veriblər.

Onların sözlərinə görə, bu addım elm adamlarının təhsil idarəsi önündə kütləvi etiraz aksiyasından sonra idarə rəhbərliyi tərəfindən etirazlarda iştirak edən müəllimlərin müəyyənləşdirilərək həbs edilməsi məqsədi ilə quraşdırılıb.
Akif Nəsirli

0.465735912323