ABŞ erməni hərbçilərinin qaytarılmasını alqışlayır.

ABŞ erməni hərbçilərinin qaytarılmasını alqışlayır.
 

Paralel.az xəbər verir ki, ABŞ Dövlət Departamenti erməni hərbçilərinin geri qaytarılmasını alqışlayıb.

"2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçinin dekabrın 29-da Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayırıq.

Biz qalan bütün digər saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq", - deyə bildirilib.
Akif Nəsirli

0.02846884727478