Keçmiş erməni naziri sensasion açıqlamalar verməklə hədə-qorxu gəlib

Keçmiş erməni naziri sensasion açıqlamalar verməklə hədə-qorxu gəlib
 

Paralel.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı cinayət işinin ibtidai istintaqı başa çatıb: “Bu günlərdə onun vəkilləri cinayət təqibinə xitam verilməsi ilə bağlı vəsatət qaldırsalar da, rədd edilib.
Onlar bu imtina ilə bağlı prokurorluğa şikayət edəcəklər. Tonoyan vəkillərə bildirib ki, şikayət rədd edilərsə, o, daha susmayacaq və sensasion açıqlamalar verəcək.
Tonoyan orduya keyfiyyətsiz sursat tədarükü ilə bağlı açılmış cinayət işi çərçivəsində xüsusilə irimiqyaslı mənimsəmədə ittiham olunub”.
Nigar

0.020936965942383