ABŞ Bayden və Obamanı öldürmək istəyən şəxsi həbs edib

ABŞ Bayden və Obamanı öldürmək istəyən şəxsi həbs edib
 

Paralel.az xəbər verir ki, ABŞ Bayden və Obamanı öldürmək istəyən silahlı şəxsi həbs edib: “ABŞ hakimiyyəti Ayova ştatında ABŞ prezidenti Co Bayden və ABŞ-ın keçmiş lideri Barak Obamanı, həmçinin Facebook qurucusu Mark Zukerberqi öldürmək niyyətində olan silahlı şəxsi həbs edib.
Kaliforniyada supermarket işçisi olan 25 yaşlı Kuaçua Briyon Syun cümə axşamı həbs edilib. Səlahiyyətlilərə görə, Syun  “hakimiyyətdəkiləri öldürmək üçün birbaşa Ağ Evə getmək niyyəti ilə”  dekabrın 18-də evini tərk edib.
O, müstəntiqlərə deyib ki, “öldürmək niyyətində olduğu şər adamların”  siyahısını  tərtib edib. Telekanal qeyd edir ki, siyahıda Bayden, Obama və Zukerberqdən başqa ABŞ-ın baş infeksion xəstəliklər üzrə mütəxəssisi Entoni Fauçinin də adı var.
Həmin şəxs  deyib ki, həbsdən azad olunarsa, dərhal Ağ Evə gedəcək  və planı yerinə yetirmək üçün əlindən gələni edəcək”.
Nigar

0.030003070831299