Ermənilər "Azercell" əməkdaşını atəşə tutub.

Ermənilər
 

Paralel.az xəbər verir ki, separatçılar Ağdamda "Azercell" əməkdaşını atəşə tutub.

Hadisə bu gün Ağdamın işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində qeydə alınıb. Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub. Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı təhlükəsinin olmadığı bildirilib.
Akif Nəsirli

0.011039972305298