Milli Məclisə bir sıra təkliflər təqdim edilib

Milli Məclisə bir sıra təkliflər təqdim edilib
 

 

 

Osman Gündüz

 

Bu gün "Media haqqında" qanun layihəsi 3-cü oxunuşda parlamentdə müzakirə olunacaq.

Məlumat verildiyi kimi bir xeyli təkliflər Milli Məclisə təqdim edilib. 

Onlar içərisində mənim də təqdim etdiyim onlayn media , İnternetTV, platforma yayımçısı və s . ilə bağlı təkliflər var.

Güman ki, 3-cü oxunuş olduğundan, sabah layihə bu təkliflər nəzərə alınmadan  və ya qismən nəzərə alınmaqla qəbul olunacaq. 

Amma bir neçə deputatın mənimlə "platforma yayımçısı" ilə bağlı narahatlıqların müzakirəsinə xeyli zaman ayırdıqlarını nəzərə alaraq ümid etmək istərdim ki, heç olmasa İnternetTV ilə bağlı  maddələrdə dəyişiklik oluna bilər.

Konkret İnternetTV lərin lisenzilyalaşması, həmçinin provayder və operatorların da lisenzilaşması tələbini nəzərdə tutan müddəalarla bağlı  verdiyimiz ümumi təkliflərdən əlavə , indiki zamanda kompromis ola biləcək variantlar da təklif edərdim.

Hansı ki bir müddət öncə də bu haqda yazmışdım. 

Hazırlanan təkliflərdə, hansı ki MM-ə təqdim edilib,  doğru olaraq "yalnız tezlik resursuna sahib olan yayımçı lisenziyalaşa bilər"  beynəlxalq normasının tələbi əsas götürülüb.

İnternetTV ilə bağlı dünyanın heç bir ölkəsində indiyədək mövcud olmayan lisenziyalaşma institutunun ilk olaraq bizdə formalaşmasını arzulamayaraq bir daha alternativ bir variantı diqqətə çatdırmaq istərdim.

Beləliklə, indiki zamanda kompromis olaraq qanun layihəsinin həmin maddələrinin aşağıdakı qaydada verilməsi məqbul olardı :

1. Dövlətə məxsus tezlik resursundan istifadə etməyən platforma yayımçıları (əsasən İnternetTV) üçün yalnız könüllü qeydiyyat tələbi irəli sürülsün

Könüllü +qeydiyyat sözləri qanuna daxil edilsin.

2. Digər platforma yayımçıları, Provayderlər və Operatorlar üçün lisenzilaşma deyil, qeydiyyat tələbi irəli sürülsün (Kontent, məzmun  yaratmayan, yalnız siqnal göndərən telekommunikasiya subyektlərinin KİV müstəvisinə gətirilərək lisenziyalaşma tələbi heç bir halda  doğru yanaşma deyil)

3. Peyk yayımından istifadə etmək istəyən bütün platforma yayımçıları üçün məcburi qeydiyyat tələbi irəli sürülsün

4. Tezlik resursundan istifadə etməyən bütün  yayımçılar üçün özünütənzimləmə prinsipləri tətbiq edilsin və qanunda bununla bağlı müddəalar nəzərədə tutulsun

Ümidim çox az olsa da, düşündüm ki, bəlkə bu təkliflər  nəzərə alınar.

Paralel.az

0.028943061828613