Rusiya üçün heç nəyin fərqi yoxdur...

Rusiya üçün heç nəyin fərqi yoxdur...
 

 

Çingiz Şahbazi yazır:

Rusiya Dumasının vitse-spikeri Vladimir Jirinovski,  yeni ilin ilk gecəsi özbə-öz doğma qardaşları Ukrayna ərazilərinin bombalanmasını öz Rusiya hökumətinə təklif edib.

 Doğrudur, Jirinovski ciddi siyasət adamı kimi nüfuzlu deyil. Amma, tutduğu vəzifəsi onun belə sərsəm fikirləri dilə gətirməsində, insanlarda təəccüb doğurur. Təəccüb doğuran məsələlərdən biri də budur ki, Rusiya bu tavırlarından dolayı,  yürütdüyü aşırı sərt siyasətdə böyük  səhvlərə yol verərkən və bununla gələcəkdə nəyəsə nail olacağına ümid bəsləməsi, hec inandırıcı görünmür. Üstəlik Jirinovskilər heç də rus xalqının gələcəyini düşünməzlər.Biz Azərbaycan xalqı olaraq, ikinci Qarabağ müharibəsi zamanı, bizə qarşı Rusiya telekanalında yayımlanan neofaşist movqeyini və dəvət olunmuş ,, mütəxəssislər "in dilindən esitdiyimiz yalan və böhtanlardan dolayı, heç vaxt belə bir Rusiyanı özümüzə dost sana bilmərik, demişdik. İndi bu siyasət və bu tavırlar bizdən də yaxın olan qardaş Ukraynaya qarşı yönəlmişdir. Bu da o deməkdir ki, Rusiya üçün hələki heç bir şey fərq etmir.

Paralel.az

0.012135982513428