“Çukça-pisatel

“Çukça-pisatel”
 

 

 

Qalib Arif

 

(“Qısa hekayələr” silsiləsindən)

 

Dostlar, mən bu məsələyə bir neçə dəfə münasibət bildirmişəm, “Feyzdə" yazının dadı yox, yazanın adı...” demişəm. İstəyirsən, “Quran ayəsi” yaz, 5-10 nəfər ancaq bəyənir, amma hansısa əski deputatın, ya məmurun adi bir replikasını minlərlə adam “layk” edir. Bəlkə, bu da yaltaqlığın analoqu olmayan bir formasıdır, bəlkə burdakı insanların 70-80 faizi “çukça”dır?! Nə isə, keçək mətləbə,..

Deməli, bir cavan oğlan sovet dövründə MQU-nun “Jurnalistikası”nı qurtarır, təyinatla uzaq şimal diyarına yollanır. Burda “çukça”lar və marallar yaşayır, amma hər yerdə olduğu kimi, mərkəzi qəsəbədə bir qəzet çıxır. Bizim gənc jurnalist də bu qəzetin redaktoru təyin olunur. Dərhal yerli yazarlarla əməkdaşlığa başlayır, yeni “istedadlar” axtarır, bir sözlə, oxunaqlı qəzet buraxmağa çalışır...

Yerli  gənclərdən biri ona tez-tez yazı gətirir. Təzə redaktot yazıları verir, amma diqqət edir ki, bunlar bir müddət əvvəl mərkəzi qəzetlərdə çıxan, indi yaddan çıxan köhnə fikirlərdir. Yerli “istedad”ın xətrinə dəyməkdən çəkinir, amma avam yerində qalmaq da istəmir. Axı, hər yazıya görə babat qonorar verilir. Odur ki, gənc yasıçıya deyir “Siz, mərkəzi qəzetləri oxuyursuz?!” Yazıçı başını qürurla qaldırır, “çestinə” toxunulduğunu gizlətmir, “vi çto, çukça ne çitatel, çukça pisatel” deyir... 

Paralel.az

0.011616945266724