Səddam Hüseynin mühakiməsindəki pozuntulardan danışıldı
Paralel.az xəbər verir ki, ABŞ-ın İraqdakı keçmiş səfiri Ford Səddam Hüseynin məhkəməsinin qanun pozuntuları ilə keçirildiyini iddia edib.
Səfirin fikrincə, edam cəzasına məhkum edilən İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəməsi pozuntularla keçirilib. Bu barədə ABŞ-ın İraqdakı keçmiş səfiri Robert Ford RİA Novosti-yə müsahibəsində bildirib.
“Şübhəsiz ki, prosesin özündə problemlər var idi. Müdafiəçilərdən bəziləri öldürüldü, bu, dəhşətli idi. Məhkəmənin özü zamanı ittiham tərəfi bəzən sübut təqdim edir, müdafiə tərəfinin onu görməsinə imkan vermirdi”, - diplomat bildirib.
Eyni zamanda o, bir çox sübutların Hüseynin qətliamlarda iştirakını təsdiqlədiyini vurğulayıb.
Diktator Səddam Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib. O, ABŞ-ın İraqa kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə müdaxiləsi nəticəsində həbs edilib və bu silahların ölkədə mövcudluğu təsdiqini tapmayıb. Lakin ittiham tərəfi İraq əhalisinin qətlində Hüseynin günahını sübut edə bildi.
ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauel 2021-ci ilin oktyabrında 84 yaşında koronavirusun yaratdığı fəsadlar səbəbindən vəfat edib. 2003-cü ildə Pauel BMT Təhlükəsizlik Şurasının palatasında əlində sınaq borusu ilə çıxış edərək Səddam Hüseynin kütləvi qırğın silahlarından istifadəsinin qarşısını almaq üçün İraqa qoşun yeritmək zərurətindən danışırdı.
Akif Nəsirli