Mollanı təhqir edən qadın saxlandı

Mollanı təhqir edən qadın saxlandı
 

Paralel.az xəbər verir ki, İranda mollanın əmmaməsini ayaqlayan qadın həbs edilib.

İranda bir neçə gün öncə Qum şəhərində iki molla yolda gedərkən onlardan biri əlindəki əsa ilə yoldan keçən qadına vuraraq deyir: "Hicaba riayət et!".

Ötən gün sosial mediada yayılan bu görüntüdə mollanın ona əsa ilə vurmasından qəzəblənən xanımın mollanın başından əmmaməsini yerə salaraq ayaqlaması görünür.

Videoda eyni zamanda görünür ki, əvvəlcə molla xanımın başına əsa ilə vurur, buna cavab olaraq xanım onun yerə düşmüş əmmaməsini tapdalayır.

"HawzahNews" saytı bu haqda xəbər yayaraq bildirib ki, sözügedən xanım hazırda İran polisi tərəfindən tutulub.
Akif Nəsirli

0.07353687286377