Metroda Yeni il şənliyi

Metroda Yeni il şənliyi
 

Paralel.az xəbər verir ki, bu gün Bakı metrosunda Yeni il şənliyi keçirilir.

Bakı Metropoliteninin İçərişəhər stansiyasında baş tutan şənlikdə məşhur nağıl və cizgi qəhrəmanları, sehrbazlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirir, onları müxtəlif hədiyyələrlə sevindirir.

2 gün davam edəcək şənlikdə DJ-in ifasında yeni il mahnılarından ibarət kiçik konsert də təşkil olunub.

Dekabrın 31-i və yanvarın 1-də isə metropolitenin daha bir ənənəsinə uyğun olaraq, konsert proqramı təşkil ediləcək. “İçərişəhər” və “28 May” stansiyalarında Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartet canlı musiqi sədaları ilə sərnişinlərin bayram ovqatını daha da yüksəldəcək.
Akif Nəsirli

0.015086889266968