"Omicron" dünyada 2500-dən çox uçuşu ləğv edib
Paralel.az "FlightAware"ə 8stinadən xəbər verir ki, yeni "Omicron" koronavirus ştamının yayılması səbəbindən dünya üzrə 2500-dən çox uçuş ləğv edilib.
Çərşənbə axşamı günü 2531 reys ləğv edilib, onlardan 865-i daxili reyslərdir.
Ləğv edilmiş uçuşların sayında Çinin China Eastern və Air China aviaşirkətləri liderlik edir. Ləğv edilən uçuşların üçdə birindən çoxu onların payına düşür.
Aviaşirkətlər bildirirlər ki, bir çox işçilər koronavirusa yoluxmuş və ya yoluxmuş insanlarla təmasda olduqları üçün işə qayıda bilməyiblər.
Akif Nəsirli