Gürcü parlamentinə yeni spiker seçildi

Gürcü parlamentinə yeni spiker seçildi
 

Bu gün Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.

Paralel.az xəbər verir ki, parlamentin sədri vəzifəsinə namizədliyi irəli sürülmüş Şalva Papuaşvili 88 səslə yeni sədr seçilib. Parlament üzvlərindən biri onun seçilməsinin əleyhinə səs verib. Səsvermədən əvvəl Şalva Papuaşvili tribunadan parlament üzvləri qarşısında çıxış edib və deputatların suallarını cavablandırıb. Daha sonra parlament üzvləri çıxış ediblər. Qeyd edək ki, Şalva Papuaşvili onuncu çağırış parlamentin üçüncü sədri seçilib.

Xatırladaq ki, 46 yaşlı siyasətçi 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim "Gürcü Arzusu" Partiyasının siyahısı üzrə deputat seçilib. Bu ilin mart ayından isə parlamentdə Təhsil və elm komitəsinə rəhbərlik edib.
Akif Nəsirli

0.0098490715026855