Rusiya vətəndaşlığını almaq istəyənlər üçün qaydalar sadələşdirilir
Rusiya Prezidenti Vladimir Putin əcənəbilərin vətəndaşlığa qəbul olunmasının sadələşdirilməsi ilə bağlı qanun layihəsini Dumaya təqdim edib.
Paralel.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Məlumatda bildirilib ki, yeni layihəyə əsasən keçmiş SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqarmında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar vətəndaşlıq ala bilərlər.
Qeyd edək ki, sadələşdirilmiş qaydalar 20 kateqoriya şəxsə şamil edilə bilər.
Akif Nəsirli