Litva Aİ-nin miqrantlarla bağlı tələblərinə əməl etməkdən imtina edib
Paralel.az xəbər verir ki, Litva Aİ-nin qeyri-qanuni miqrantlarla bağlı tələblərinə əməl etməkdən imtina edib: “Litva hakimiyyəti Aİ-nin xarici sərhədlərə nəzarət agentliyinin miqrantların buraxılış məntəqələrinə köçürülməsi zərurəti ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edib.
Agentlik Vilnüsdən qanunsuz miqrantların Belarus ərazisinə sıxışdırılmasını dayandırmağı və insanların qanuni yolla sərhədi keçərək sığınacaq istəməsi üçün onları keçid məntəqəsinə yönləndirməyi tələb edib.
DİN sözçüsünə görə, saxlanılan bütün qeyri-qanuni mühacirlər keçid məntəqəsinə çatdırılmağa başlansa ki, onlar rəsmi olaraq sığınacaq üçün müraciət etsinlər (Aİ-də tələb olunduğu kimi), bu, açıq sərhəd siyasəti olacaq. Bu isə indiki vəziyyətdə mümkün deyil”.
Nigar