Erməni mətbuatından növbəti mənfurluq

Erməni mətbuatından növbəti mənfurluq
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı öz xislətinə uyğun xəbər dərc edib: “ABŞ prezidenti Co Bayden daha əvvəl Türkiyə və Azərbaycanın Qarabağda hərəkətləri ilə bağlı bəndlərin yer aldığı müdafiə haqqında qanunu imzalayıb.
Frank Pallone prezident Co Bayden tərəfindən imzalanmış Milli Müdafiə Aktını şərh edib. Konqresmen öz Twitter səhifəsində yazır ki, qanun Türkiyə və Azərbaycanla bağlı çox mühüm elementləri ehtiva edir.
O bildirib ki, Baydenin imzaladığı milli müdafiə haqqında qanun Türkiyə və Azərbaycanın Artsaxdakı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməsinə yönəlmiş mühüm müddəaları ehtiva edir. Siyasətçi tələb olunan hesabatların cinayət faktlarını mümkün qədər dəqiq qeyd etməsini təmin etmək üçün ardıcıl olmağa söz verir”.
Nigar

0.032907962799072