Saxta COVID-19 pasportu satan tibb işçisi ifşa edilib

 

Saxta COVID-19 pasportu satan tibb işçisi ifşa edilib 
 

 

Hadisə Qobustan rayonunda baş verib. Belə ki, saxta COVID-19 pasportu satan tibb işçisi ifşa edilib. 

Rayon prokurorluğundan verilən məlumata görə, rayonun Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Tibb qardaşı kimi fəaliyyət göstərən Valeh Əhmədov tərəfindən kənddə yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

 

Şahnaz, Paralel.az

0.033599138259888