Paşinyan aparatının xidməti maşınlarına milyonlar xərclənir

Paşinyan aparatının xidməti maşınlarına milyonlar xərclənir
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı baş nazir Paşinyanın  xidməti maşınlarından bəhs edib: “Faktiki olaraq baş nazirin aparatının balansında 40 nəqliyyat vasitəsi - növbətçi avtomobillər, həmçinin avtobus və mikroavtobuslar var.
2021-ci il müharibədən sonrakı çətin ildir. Dövlət idarələri heç olmasa bu il lazımsız xərcləri azaltmalı, məmurlar təmkinli həyat tərzi sürməli idi. Müharibənin müxtəlif humanitar və iqtisadi nəticələrini aradan qaldırmaq prioritet məsələ olardı. Amma təəssüf ki, bu, heç də belə deyil.
40 avtonəqliyyat vasitəsinə aylıq 8045 litr yanacaq ayrılır ki, bunun da 3143 litri 12 vəzifəli şəxsə xidmət göstərən şirkət avtomobillərinə verilir”.
Nigar

0.0084500312805176