Rusiya Aİ ilə miqrasiya siyasətini müzakirə etməyə hazırdır
Paralel.az-ın RİA Novosti-ya istinadə məlumatına görə, Rusiyanın Aİ-dəki daimi nümayəndə Vladimir Çijov bildirib ki, Rusiya miqrasiya siyasətini müzakirə etməyə və öz təcrübəsini bölüşməyə hazırdır.
“Miqrasiya danışıqlarına gəlincə, bəli, biz Avropa İttifaqı ilə müzakirə aparmağa hazırıq”, deyə o, “Rossiya Seqodnya” xəbər agentliyində keçirdiyi brifinqdə deyib. O, əlavə edib ki, Rusiyanın miqrasiya məsələlərində böyük təcrübəsi var, çünki Rusiya “unikal ölkə”dir: “həm mənşə ölkəsi, həm tranzit ölkəsi, həm də təyinat ölkəsidir”.
“Rusiyada, bildiyiniz kimi, bizim ərazimizdə çoxlu miqrantlar var. Əsasən SSRİ ölkələrindən olan miqrantlarla bizim davranmaq təcrübəmiz var. Bu Avropa Birliyindən daha uğurlu yol olardı"-, deyə Çijov vurğulayıb.
Akif Nəsirli