Gürcüstanda ən populyar soyadlar

Gürcüstanda ən populyar soyadlar
 

Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların ilk onluğunu yeniləyib.

Paralel.az xəbər verir ki, siyahıda V yeri Məmmədov, VIII yeri isə Məmmədova soyadı tutub. İlk onluğa əsasən, ölkədə Məmmədov soyadlı 14 945, Məmmədova soyadlı isə 13 071 nəfər var. Azərbaycanlılara məxsus digər – Əliyev soyadı isə kişi soyadları arasında populyarlığına görə IV, Əliyeva isə qadın soyadları sırasında V yerdədir. Gürcüstanda Əliyev soyadını 9 084, Əliyeva soyadını isə 9 079 nəfər daşıyır.

Ölkə üzrə Beridze soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Ən populyar familiyanı daşıyanların sayı 29 684 nəfər təşkil edir. Gürcüstanda nadir rast gəlinən adların siyahısına isə azərbaycanlı qadın adı da daxil edilib.

Belə ki, 18 qeyri-adi adlar arasında Milyard, Kukuşa, Fizika, Pele, Nyuton, Nektar və Sevdagül kimi adlara da rast gəlinir.
Akif Nəsirli

0.064025163650513