Müəllimlərinin orta aylıq əmək haqqı bəlli oldu

Müəllimlərinin orta aylıq əmək haqqı bəlli oldu
 

Paralel.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb.

Həmin müəllimlərin orta aylıq əməkhaqqısı 2021-2022-ci tədris ili üçün 741 manat təşkil edib. Cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 467.722 şagirdin təlim-tərbiyəsi ilə 28.167 müəllim məşğul olur.

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat olub.
Akif Nəsirli

0.0096719264984131