Özbəkistan avropalaşır

Özbəkistan avropalaşır
 

Paralel.az xəbər verir ki, Özbəkistanda hicaba və uzun yupkaya  qadağa qoyulub.

Özbəkistanda Şövkət Mirziyoyev hökuməti yeni qanunla dövlət işçilərinə İslam qaydalarına uyğun geyinməyi qadağan edib.

Bu çərçivədə Özbəkistan administrasiyası tərəfindən dərc edilən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” və “Dövlət Qulluqçularının Davranış Kodeksi” adlı sənədlərdə İslam qaydalarına uyğun geyinməyi qadağan edən maddələr yer alıb.

Sözügedən mətnin maddələrindən biri belədir:

“Bütün dövlət qurumlarının işçilərinə siyasi və ya ideoloji baxışlarını və ya dini meyllərini əks etdirən paltar geyinmək qadağandır”.
Akif Nəsirli

0.018967151641846