İ.Qaribaşvili Qafqazdakı yeni imkanlardan danışdı

İ.Qaribaşvili Qafqazdakı yeni imkanlardan danışdı
 

"Bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır".

Paralel.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib:

“Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərim var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünsiyyətimiz var”.
Akif Nəsirli

0.0091300010681152