İspaniyada nadir heyvanların DNT-si olan “zoopark” yaradılacaq

İspaniyada nadir heyvanların DNT-si olan “zoopark” yaradılacaq
 

Paralel.az xəbər verir ki, Barselonada nadir heyvanların DNT-ni saxlamaq üçün “dondurulmuş zoopark” yaradılacaq: “Barselona Avropada nadir və demək olar ki, nəsli kəsilmiş növlərin DNT-sini mənfi 196 dərəcə Selsi temperaturunda saxlayacaq ilk “dondurulmuş zoopark” yaratmağı planlaşdırır.
Təbiət qoruqlarından və zooparklardan heyvanların nümunələri götürüləcək. Gələcəkdə DNT materialı, məsələn, klonlaşdırma və ya süni mayalanma üçün istifadə edilə bilər. Bundan əlavə, belə biobankın yaradılması alimlərə genetik və s. tədqiqatları daha səmərəli aparmağa imkan verəcək”.
Nigar

0.0076909065246582