Əfqanıstan mediasına xarici serialların yayımı qadağan edilib
Paralel.az RİA Novosti-yə istinadən xəbər verir ki, “Taliban” yerli mediaya şəriət normalarına zidd olan xarici serialların, hicabsız qadınların, eləcə də hər hansı mahnıların nümayişini qadağan edib: “Mədəniyyət Komissiyası qızların hətta reklamlarda dəbli geyimdə nümayişini qadağan edib. Bütün qadınlar hicab geyinməlidir. Bundan əlavə, media əfqan mədəniyyətinə və şəriət qanunlarına zidd olan xarici televiziya verilişlərini rədd etməlidir və mahnılardan istifadə qəti qadağandır.
Komissiyanın fikrincə, media şayiələrə əsaslanmamaqla, balanslaşdırılmış xəbərlər təqdim etməlidir.
Əfqanıstanda yayımlanan xarici KİV bu ölkənin hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş normalara riayət etməlidir, əks halda onlara qadağa qoyulacaq.
Media nümayəndələrinin sözlərinə görə, bu qadağalara görə bəzi filiallar bağlanmalı olacaq”.
Nigar
Media nümayəndələrinin sözlərinə görə, bu qadağalara görə bəzi filiallar bağlanmalı olacaq”.
Nigar