Hindistanda yeni COVID-19 peyvəndi və dərmanı təsdiqlənib

Hindistanda yeni COVID-19 peyvəndi və dərmanı təsdiqlənib
 

Paralel.az xəbər verir ki, Hindistan hökuməti koronavirusdan qorunmaq üçün yeni yerli peyvəndin və antiviral dərmanın istifadəsinə icazə verib.
COVID-19-a qarşı mübarizəni daha da gücləndirmək üçün bir gündə Corbevax peyvəndi, Comvax peyvəndi və antiviral dərman molnupiravir üçün üç icazə verilib.
Corbevax peyvəndi Hindistanın üçüncü koronavirus peyvəndidir.
Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. 

Ölkədə pandemiya başladığı vaxtdan indiyədək virusa yoluxanların ümumi sayı 34,7 milyonu ötüb, 480 mindən çox insan dünyasını dəyişib.
Niga
0.018615007400513