Avropa Azərbaycanlilar Konqresi bəyanat yayıb

Avropa Azərbaycanlilar Konqresi bəyanat yayıb
 

Avropa Azərbaycanlilar Konqresi Azərbaycandakı bir qrup internet saytlarının 25 dekabr 2021-ci ildə Quruma, AAK prezidenti və rəhbər heyətinə qarşı həqiqətə uyğun olmayan, hec bir faktlara söykənməyən, böhtan və sifariş xarakterli, anonim yazının dərc edilməsi ilə əlaqədar bəyan edir ki, "Diaspora fədaisi yoxsa diaspora dəllalı" başlıqliı yazı Avropada uzun illədir fəaliyyət göstərən diaspora təşkilatlarına və onların liderlərinə qarşı nüfuzdan salma kampaniyası xaricdə Azərbaycan icmalarının parcalanması, onlarin birliyinin qarşısının alinması kimi çirkin və qərəzli siyasət daşıyır.

Diqqətlərə çatdırırıq ki, 25 dekabr 2021-ci ildə "Olke.az", "Azpolitika.info", "Azinforum.az", "Yenisabah.az", "Milletinsesi.az", "Xeber.media" saytlariı AAK rəhbərinə və Qurumun üzvlərinə qarşı əsassız agır ittihamlar irəli sürmüş, qarşı tərəfin fikir və movqeyini əks etdirmədən saytlarının səhifələrində anonim yazi dərc etmiş və bununla da Azərbaycan jurnalistlərinin peşə və davranışı qaydalarınının prinsiplərininin kobud surətdə pozulmasına yol vermişlərdir.

Avropa Azərbaycanlıları Konqresinə və onun rəhbərliyinə qarşı qərəzli olan bu yazı jurnalistikanın əsas prinsiplərindən olan aşağıdakı müddəaların kobudcasına pozulmasıdir: - Həqqiqətə xidmət, dəqiqlik və obyektivlik - İnformasiya qaynaqlarına sayğılı yanaşma -Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı Avropa Azərbaycanlilar Konqresi 2004-cü ildə Berlində qəbul edilmiş və 2018-ci ildə Amsterdam Qurultayında təkmilləşdirilmiş AAK Nizamnaməsini əldə rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Bas Komandan Ilham Əliyevin etrafinda six birləşərək Azərbaycan Dövlətinin yurutduyu siyasəti tam dəstəkleəir və bundan sonra da öz fəaliyyətini bu istiqamətdə yurudəcəkdir.

Azərbaycanda bir qrup internet saytının 25 dekabrda atdiği bu çirkin addim və xain aksiya ölkədə hazirda müzakirə olunan media qanunlarına ciddi zərbə kimi qəbul olunmalıdır.

Avropa Azərbaycanlılar Konqesi və Qurumda fəaliyyət göstərən diaspora liderleri, icma rəhbərləri uzun illərdir ki, öz sədaqətlərini fəaliyyətləri ilə Azərbaycan Dövləinə və Prezident Ilham Əliyevə subut etmişlər. Bu təskilatda fəəliyyət göstərən Konqres üzvləri Azərbaycan Prezidenti Ilham Əliyev tərəifndən Orden və Medallarla, Fəxri Fərmanlarla təltif olunmuşlardir.

Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq Insitutlarla, Avropadakı siyasi partiya və Parlamentlərlə yaxından əməkdaşliq edir, AAK Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 2017-ci ilin fevral ayında AAK Qurultayına imzaladığı Məktubunda diqqət çəkdiyi məqamlara, o cümlədən lobbicilik istiqamətində fəaliyyətini genişləndirir. Konqresin rəhbəri Sahil Qasimov 2020-ci ilin fevralında BMT-nin 58-ci sessiyasi çərçivəsində Nyu Yorkda Qurumun yuksək tribunasından çıxış edərək Xocali soyqrımına siyasi və hüquqi qiymət verilmesini tələb etmişdir.

AAK uzvləri Unesco, Avropa Parlamenti, ATƏT-in Warşava ofisi və digər Beynalxalq Qurumlarda ardı arası kəsilmədən göreşlər keçirir, Azəbaycan və Qarabağ həqiqətlərini dünyaya yayırlar. Avropa Azerbaycanlılar Konqesi 2020-ci ilde BMT-də Dünya Sulh Federasiyasiı (FOWPAL) tərəfindən Sulh Mukafatı ilə tətif olunmuşdur. Avropa Azərbaycanlılar Konqresi Brüsseldə Avropa Parlamenti üzvlərinin, politoloqların, diplomatların və jurnalistləin iştirakı ilə "Dövlətlərin ərazi bütövlüyünün pozulması və ölkə ərazilərinin bölünməzliyichr("39") adli Beynelxalq simpoxium keçrməyə nail olmuşdur.

Qurumun 10 gün əvvəl 12-15 dekabr 2021-ci ildə Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresi ilə keçirdiyi Beynəlxalq konfrans, tədbir çərçvəsində Milli Lider Heydər Əiyevin və akademik Zərifə Əliyevanın abidələrini ziyarət etməsi, Zərifə Əliyevanın adinın daşıyan Parki və 12 nömrəli məktəbi ziyarət edərək şagird və pedagoji kollektivlə görüşməsi, Azərbaycanın Ukrainadakı səfirliyindəki H.Əiyev muzeyində görüşlərin keçrilməsi görünür kimlərisə narahat edir və hər vəchlə bu qurumu gozdən salmaq üçün iftiralar, böhtanlar, anonim yazilar yazdırırlar.

Avropa Azəbaycanlılar Konqresi rəhbərliyinin və Idarə Heyəinin seçildiyi 2017-ci ilin fevral ayindan etibarən fəaliyyəti və keçrdiyi tədbirilər sənədlərdə və dövrün mətbuatında yer almaqdadır. Bəyan ediri ki,yuxarıda adları qeyd edilən və Azərbaycan məkanında fəaliyyət göstərən internet saytları haqqında Avropa Azərbaycanlılar Konqresinin rəsmi qaydada şikayətləri Milli Mətbuat Şurasına, Azərbaycaniın hüquq mühafizə orqanlarına və digər resmi Qurumlara göndərilərək araşdırılması tələb olunacaqdiır.

Avropa Azərbaycanlılar Konqresinin Mətbuat Xidməti

0.022611141204834