Danışıqların nəticəsini Gürcüstana C. Bayramov təqdim edir
“3+3 formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir”.
Paralel.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib. Onun sözlərinə görə, uzun danışıqlara baxmayaraq, "3+3" platformasının ilk görüşü dekabr ayında keçirildi, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş "3+2" formatında baş tutdu:
“Gürcüstan bu görüşdə iştirak etməsə də, danışıqların nəticələrini ona təqdim etmək barədə qərar qəbul edilib”, - deyə XİN başçısı vurğulayıb.
C.Bayramov deyib ki, belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik sahələrinin inkişafına müsbət təsir göstərməlidir.
Akif Nəsirli