"Azneft" dairəsi ərazisində dekabrın 26-sı günorta saatlarında iki avtomobil toqquşub.

 

Paralel.az xəbər verir ki, Bakının Səbail rayonunda "Azneft" dairəsi ərazisində dekabrın 26-sı günorta saatlarında iki avtomobil toqquşub.

“Toyota Prius” markalı avtomobil qarşısında hərəkətdə olan “Dodge Charger” markalı avtomobilə çırpılıb. Hadisənin şahidlərinin verdiyi məlumata görə, toqquşmadan sonra sürücülər arasında əlbəyaxa dava düşüb. Yoldan keçənlər sürücüləri ayırıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Avtomobillərə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Akif Nəsirli

0.027444124221802