Türkiyəli fotoqraf azadlığa buraxıldı
Paralel.az xəbər verir ki, İranda həbs olunmuş türkiyəli fotoqraf azadlığa buraxıldı.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl türkiyəli fotoqraf və turist Bura Öməroğlu İranın Şiraz şəhərinə gedərkən yolda İranın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Türkiyənin İrandakı səfirliyinin məsələyə qarışmasından sonra İran hökuməti Buranı azad edib.
Əldə edilən məlumata görə, piyada olaraq Hindistana getməyi planlaşdıran turist fotoqraf azadlığa çıxdıqdan sonra səfərini yarımçıq saxlayaraq Türkiyəyə geri dönməyə məcbur qalıb.
Buranın hansı səbəbdən həbs edilməsi haqda heç bir məlumat verilməyib.
Akif Nəsirli