ABŞ Rusiyanı super güc kimi tanıyıb
Paralel.az xəbər verir ki, McAlester kollecinin professoru Endryu Latham yazıb: “SSRİ-nin dağılmasından 30 il keçsə də, Rusiya “uğursuz dövlət” kimi qəbul olunmaqda davam edir. Lakin reallıq Qərb ölkələrinin saxta ideyalarından xeyli fərqlənir.
O, postsovet dövründə hesab edildiyi kimi “geosiyasi zibil qutusu” olmaqdan çoxdan çıxıb və dünya səhnəsində “epizodik roldan uzaq rol oynayır”.
Sovet İttifaqının dağılmasından bəri Rusiya nüvə və adi silahların köklü modernləşdirilməsini həyata keçirib, həm də xeyirxah ölkə imicini yaratmaq üçün nəhəng alətlər arsenalını inkişaf etdirərək, "yumşaq gücün" inkişafında uğur qazanıb.
Rusiya tənəzzülə uğrayan Qərb demokratiyasına həyat qabiliyyətli alternativlərin mövcudluğu ideyasını fəal şəkildə təbliğ edir.
Amerikanın istənilən strategiyası Rusiyanın gücünü nəzərə almalı olacaq”.
Nigar