Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

 

Allah faizi niyə qadağan edir ?

Allah faizi qadağan edir, buyurur ki, faiz haramdır. Faizi yasaqlamaq köləliyi, kölələşdirməyi yasaqlamaqdır, belə ki, faiz onu verəni də, ondan istifadə edəni də kölələşdirir. Faiz verəni sərvətin, faizdən istifadə edəni də faiz verənin köləsinə çevirir. Faizdən sərvət qazananlar, faizdə israr edənlər:

a) Allahın yasağını pozurlar;

b) haramı halal sayırlar, deyirlər ki, faiz də ticarət kimidir, nəticədə, küfürlərini artırırlar;

c) günahda israr edirlər – daha çox pisliyə bulaşırlar;

d) Allahın əmanəti olan sərvəti faiz verirlər - əmanətə xəyanət edirlər;

e) mal mənimdir deyərək onun köləsi olurlar;

f) faizdən istismar, kölələşdirmə vasitəsi kimi yararlanaraq insanlara zülm edirlər;

ə) faiz siyasi, iqtisadi, mənəvi, əxlaqi nizamı pozur, zülmü, kini, düşmənliyi, haramı, nifrəti artırır, barış və hüzur içində bir arada yaşamağı imkansız edir;

Allah da buyurur ki, O, günahda israr edən heç bir inadkar nankoru sevməz. Bu, çox ağır sözdür, təhdid və xəbərdarlıqdır, gec olmadan faiz pisliyindən təmizlənin mesajıdır, yoxsa Allahın çöküş qanunu işə düşəcək, bərəkətdən məhrum qalacaqsınız, siyasi, iqtisadi, mənəvi nizamınız pozulacaq, kölə olacaqsınız, dəyəriniz itəcək.  

Paralel.az

0.015439987182617