Çevik məzənnə rejiminə keçid

Çevik məzənnə rejiminə keçid
 

Çevik məzənnə rejiminə keçid- IMF tövsiyə edib

Paralel.az xəbər verir ki, IMF qeyd edir ki, manatın dollara de-fakto sərt bağlılığı inflyasiyanın nəzarətdə saxlanmasında effektiv olub, lakin Azərbaycanın əsas ticarət tərəfdaşlarının daha çevik rejimlərə malik olması ölkəyə rəqabətqabiliyyətliliyini qorunmasında çətinlik yaradır:

Məlumata görə, çevik məzənnə neft qiymətləri şoklarına uyğunlaşmanı asanlaşdıracaq, fiskal siyasətə düzəliş yükünü azaldacaq, iqtisadiyyatın diversifikasiyasına və bazarın inkişafına kömək edəcək. De-yure çevik məzənnə rejimi ilə de-fakto sərt bağlılıq arasındakı mövcud fərq və inflyasiya hədəflənməsi siyasəti üzrə kommunikasiyanın formalaşdırılması monetar siyasətin etibarlılığı üçün risklər yaradır və bu problem həll edilməlidir - sənəddə deyilir.

Qeyd edək ki, sabit məzənnə rejimi çərçivəsində Dollar 1.7 Manat kimi təyin edilib.

Səfurə, Paralel.az

0.22896790504456