Əvvəl büdcəni tutur, sonra proqramı qəbul edirlər

Əvvəl büdcəni tutur, sonra proqramı qəbul edirlər
 

 


Qubad İbadoğlu :

Azərbaycanda əvvəl büdcəni tutur, sonra proqramı qəbul edirlər. Əslində əvvəl proqram qəbul olunmalı sonra büdcə təsdiq edilməlidir.
Deməli, dekabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Fərmanda qeyd olunur ki, gələn il üçün ARDNF-nin büdcəsindən 17 milyon 850 min manatı “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılır. Bu vəsait büdcədə nəzərdə tutulsa da Dövlət Proqramı hələ qəbul edilməyib. Xatırladım ki, 30 sentyabr 2021-ci ildə Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu proqramın hazırlanması üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilməsinə və bu vaxtın ötməsinə baxmayaraq, ARDNF-nin büdcəsi təsdiq olunanadək proqram qəbul olunmayıb.
İstənilən halda səbirsizliklə bu proqramın qəbulunu gözləyirəm. Əldə edən kimi şərhi ilə xaricdə oxumaq istəyən istedadlı gənclərimizi tanış edəcəm.
Anoloqu olmayan bu hadisənin Azərbaycanda baş verməsi yəqin ki, çoxlarını təəccübləndirməyəcək.

 

Paralel.az

0.014431953430176