Paytaxtda abadlıq işləri davam edir

Paytaxtda abadlıq işləri davam edir
 

Paralel.az xəbər verir ki, 1000 nəfərə yaxın sakinin yaşadığı ərazilərdə 4000 kv.m-dən artıq asfalt örtüyü və 500 kv.m qazon vurulub.

Binaların fasadları təmir olunub, girişlərdə 75 ədəd pəncərə yenisi ilə əvəzlənib və yağış sularını axıdan borular dəyişdirilib. Həmçinin, söhbətgah və oturacaqlar eləcə də, uşaq meydançası və idman qurğuları quraşdırılıb.

Söhbət Səməd Vurğun küçəsi 85, Mərdanov qardaşları küçəsi 102, və Bakıxanov küçəsi 30 saylı binaları əhatə edən sahələr haqqında gedir.
Akif Nəsirli

0.012264966964722