İranla Şri-Lanka razılaşdı
Paralel.az xəbər verir ki, İranla Şri-Lanka neftə görə əvvəlki illərdən yığılıb qalmış borcun ödənişi ilə bağlı razılığa gəlib.
Söhbət əvvəlki illərdə alınmış neft məhsullarından gedir. Şri-Lanka hökuməti 251 milyon dollar borcun əvəzində bu ölkəyə çay tədarük etməyi qərara alıb. ABŞ-ın sanksiyalarına görə bu qədər məbləği İran banklarına transfer etmək mümkün deyil.
Digər tərəfdən, Şri-Lanka özü ciddi valyuta qıtlığı ilə üzləşib. Çay ərzaq məhsulu hesab edildiyi üçün heç bir sanksiya riski yaratmır.
İran tərəfi də ölkədən valyuta axınını azaltdığı üçün neft əvəzinə çay alınmasına müsbət yanaşır.
A. Nəsirli