Putin Lukaşenkonu "çətin danışıqlar aparan şəxs" adlandırıb
Paralel.az iINTERFAX.RU-ya istinadən xəbər verir ki, böyük mətbuat konfransında prezident Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko və onun komandasını “çətin danışıqçılar” adlandırıb. Lakin əlavə edib ki, ümumilikdə tərəflər iki dövlətin inteqrasiyasına necə keçmək barədə razılığa gəliblər.
Onun sözlərinə görə, hazırda əsas vəzifə iki ölkənin vergi və gömrük qanunvericiliyinin sinxronlaşdırılmasıdır. Onun fikrincə, bu nəticənin əldə edilməsi aşağıdakı addımları atmağa imkan verəcək.
O, qeyd edib ki, Rusiya və Belarus İttifaq Dövlətində inteqrasiya səviyyəsi hələ də Avropa İttifaqı ilə müqayisədə xeyli aşağıdır.
“Mən indi tək valyutadan danışmıram, Allah ona rəhmət eləsin, əgər bizim müvafiq iqtisadi xidmətlərimiz bu məsələdə hansısa razılığa gəlsə, bu, bəlkə də gələcəyin sualıdır”, - deyə prezident qeyd edib.
Akif Nəsirli