Diş əti xəstəliyi ürək-damar və digər xəstəliklərlə əlaqəlidir
Paralel.az xəbər verir ki, Britaniya alimləri diş əti xəstəliyinin ürək-damar və otoimmun xəstəlikləri ilə əlaqəli olduğunu aşkar edib: “Ağız boşluğu xəstəliyi həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
Son illərdə aparılan epidemioloji tədqiqatlar diş və diş ətinin iltihabi xəstəlikləri ilə digər xəstəliklər arasında əlaqəsini müəyyən edib. Xüsusilə, hipertoniya ağız sağlamlığının pis olması ilə əlaqələndirilir.
Elm adamları diş əti xəstəlikləri ilə Alzheymer kimi neyrodegenerativ xəstəliklər arasında da əlaqə tapıb.
Ağız sağlamlığı sağlamlıq problemləri ilə ayrılmaz şəkildə əlaqələndirilir və bu əlaqə hərtərəfli müalicədə nəzərə alınmalıdır”.
Nigar